22 C
Baku
Saturday, April 20, 2024

“DəmirBank”ın kapitalının artırılması və rəhbərliyi haqda açıqlama – RƏSMİ

11 beynəlxalq investor DəmirBank ASC-in məcmu kapitalının artırılmasına qərar vermişdir. Belə ki, məcmu kapitalın əhəmiyyətli dərəcədə artırılması planı Bankın xarici öhdəliyinin (105 milyon USD) 1-ci dərəcəli kapitala çevrilməsini nəzərdə tutur.

Beynəlxalq investorlar sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Qara dəniz Ticarət və İnkişaf Təşkilatı, German DEG (KfW Group), Hollandiya Maliyyə Təşkilatı (FMO), İsveçrə responsAbility Investments AG, OPEK Beynəlxalq İnkişaf Fondu və digər maliyyə nəhəngləri yer alır.

29 İyun 2017-ci il tarixində kompleks yenidən kapitallaşma planı maliyyə nizamlayıcısı MBNP-in (Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası)  diqqətinə çatdırılıb.

Razılaşdırılmış təklifə əsasən, beynəlxalq investorlar Azərbaycanın maliyyə sektorunda əsas beynəlxalq oyunçulardan biri olmaq üçün inkişaf etdiriləcək DəmirBank-ın əsas səhmdarları olacaqlar.

Bundan əlavə DəmirBank rəhbərliyi ictimaiyyətin nəzərinə növbəti məlumatı çatdırmaq istərdi: Hazırda Bank-ın İdarə Heyətinin sədri Fərid Abuşovun vəzifələrini Oktay Əiyev yerinə yetirir. Bu vəzifəyə müvəqqəti olaraq təyin edilmiş təcrübəli Bankir 25 il ərzində DəmirBank-da  İdarə Heyətinin Sədr müavini və Baş direktor kimi vəzifələri uğurla yerinə yetirib.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər