1 C
Baku
Friday, February 6, 2026

“Dəmirbank”ın kreditorlarının tələbləri ilə bağlı növbəti dinləmələr keçiriləcək

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarına yenidən müraciət edib.

Fonddan verilən məlumata görə, bankın kreditorlarının ləğvedici tərəfindən qəbul və etiraz edilmiş tələblərin siyahısının Bakı Apelyasiya Məhkəməsi tərəfindən təsdiq edilməsi barədə ərizəsi üzrə etiraz edilmiş tələblərə dair dinləmələr 13 iyun 2018-ci il saat 16:00-da davam etdiriləcək.

“Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin tələblərinə etiraz edilmiş kreditorlardan tələblərini təsdiqləyən sübutları təqdim edərək məhkəmə iclasında iştirak etmələrini xahiş edir”, – deyə məlumatda vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər