“Dəmirbank”ın Müşahidə Şurasında (MŞ) dəyişiklik olub. Bankın səhmdarlarından olan Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) MŞ-dakı nümayəndəsini dəyişib. Ferdinand Tuinstra MŞ-ya üzv olub və bu vəzifədə Dika Snaydersi əvəz edib.
FMO-nun nümayəndəsini dəyişməsinə səbəb Dika Snaydersin MŞ-da 8 ildir ki, təmsil olunmasıdır. O, 2 dəfə 4 il müddətinə MŞ-ya üzv seçilib və artıq yenidən “Dəmirbank”ın rəhbərliyində təmsil oluna bilməz.
MŞ-nın yeni üzvü Ferdinand Tuinstra isə bir sıra Avropa banklarında iş təcrübəsinə malikdir.
Trend