Banker.azın verdiyi məlumata görə, DəmirBankın rəhbərliyində dəyişiklik baş verib.
Bankın idarə heyətinin sədrinin müavini Rauf Axundov vəzifəsindən istefa verib.
Rauf Axundov DəmirBankda 2007-ci ildən çalışırdı. 2007-2009-cı illərdə o bankın kredit departamentinin rəhbəri, 2009-cu ildən isə idarə heyətinin sədrinin müavini vəzifəsində çalışmışdır.