22 C
Baku
Saturday, September 28, 2024

DəmirBankın rəngbərəng depozitləri

Günümüzdə artıq banklara etibar edənlərin sayı çoxalıb. Əvvəllər pullarını qoymaq üçün ən təhlükəsiz yerin yastığın altı olduğunu düşünən şəxslərin sayı artıq azalmaqdadır. Statistika isə onu göstərir ki, hazırda banka yerləşdirilən əmanətlər 6 mln manatdan çoxdur. Lakil 5 il əvvəl əmanətlərin sayı 3 205, 4 mln manat təşkil edirdi. Bu da o deməkdir ki, banklar üzrə yerləşdirilən əmanətlər son 5 il ərzində 2 dəfə artıb.

Hazırda isə bütün banklarda əmanət yerləşdirməyiniz mümkündür. Təbii ki, bütün bankların kredit şərtləri fərqli olduğu kimi əmanətləri üzrə göstəriciləri də bir- birindən fərqlənir.  Fərqliliyi aydın şəkildə görə bilməyiniz üçün saytımızda mütəmadi olaraq depozitlər üzrə bütün bankların reytinqləri tərtib olunur. Lakin bu dəfə sizə sırf bir bankın təqdim etdiyi depozitlər haqqında məlumat verəcəyik.

Depozitləri haqqında daha ətraflı məlumat verəcəyimiz bank isə DəmirBankdır. Bu bankın depozitləri həm rəngləri ilə, həm də şərtləri ilə bir- birindən fərqlənir.  Bu bankda demək olar ki, sizin bütün istəyinizə uyğun olaraq depozit məhsulu tərtib olunub.

Belə ki,  bank sizə 3 rəngdə – “Göy”, “Sarı”, “Qırmızı” depozitlər təqdim edir. Hansı rəngdə olan depozitə müraciət edə biləcəyinizi bilmirsinizsə, diqqətli olun.

“Əmanət çeşidi”-nin əsas üstünlükləri

Göy əmanəti – əmanətlər üzrə ən yüksək faiz dərəcələri və hesablanmış faizlərin hər ay alınması imkan yaradır.

  • Əmanətin valyutası: AZN, USD, EUR, GBP
  • Əmanətin müddəti: 3 aydan 3 ilədək
  • Minimal məbləğ: 100 AZN / USD / EUR / GBP
  • Əmanət məbləğinin artırılması mümkün deyil
  • Məbləğin70%-dək kredit əldə etmək imkanı

Sarı əmanəti – heç bir cərimə olunmadan (hesablanmış faizləri itirmədən) vaxtından əvvəl əmanətinizi çıxara bilərsiniz.

  • Əmanətin valyutası: AZN, USD
  • Əmanətin müddəti: 1 il
  • Minimal məbləğ: 500 AZN / USD
  • Əmanət məbləğinin artırılması mümkün deyil
  • Məbləğin70%-dək kredit əldə etmək imkanı

Qırmızı əmanəti – vəsaitin yığılması üçün əmanət məbləğinin daim artırılması və hesablanmış faizlərin kapitallaşdırılması imkanı əldə edə bilərsiniz.

  • Əmanətin Valyutası: AZN, USD
  • Əmanətin müddəti: 1, 2 və 3 il
  • Minimal məbləğ: 100 AZN / USD
  • İstənilən vaxt əmanət məbləğinin min. 50 AZN / USD artırılma imkanı
  • Hesablanmış faizlər hər ay əmanət məbləğinin üzərinə əlavə olunur və əlavə edilmiş faiz məbləğinə də faiz hesablanır
  • Əlavə üstünlüklər: “Qırmızı”əmanət növü 3-cü şəxsin adına da açıla bilər
  • İstənilən vaxt əmanət məbləğinin  min. 50 AZN / USD artırılma imkanı
  • Məbləğin70%-dək kredit əldə etmək imkanı

Əmanətinizi vaxtından əvvəl çıxardığınız zaman nə ola bilər?

Sarı əmanəti vaxtından əvvəl çıxarıldıqda heç bir cərimə tutulmur. “Göy” və “Qırmızı” əmanətləri vaxtından əvvəl çıxarıldıqda əmanətin faktiki  müddəti 180 gün və daha az olarsa əmanətçiyə 2% illik dərəcəsi ilə  faizlər ödənilir; müddət 180 gündən çox olarsa hesablanmış faizlərin 50%-i ödənilir.

Həmçinin siz kartla kredit xətti də açdıra bilərsiniz.  İstəyinizdən asılı olaraq “Göy”, “Sarı”, “Qırmızı” əmanətlərinin 80%-dək məbləğində kredit xətti açıdıra və ya nağd pul krediti əldə edə bilərsiniz. Kreditdən istifadə zamanı isə əgər kredit xəttindən istifadəyə görə faizləri vaxtında ödəyə bilməsəniz, borcunuz cari əmanət hesabına köçürülən əmanət faizlərindən və ya əmanətin əsas məbləğindən tutula bilər.

Əgər müqavilə müddəti bitdikdə əmanətinizi çıxarmasanız, əmanət müqavilədə göstərilən müddətə avtomatik uzadılır və bu halda uzadılma günündə Bankda mövcud faiz dərəcələri tətbiq ediləcək.

Hansı depozit növünün sizə uyun olduğunu dəqiqləşdirdikdən sonra isə pulunuzu Banka etibar edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər