1 C
Baku
Saturday, December 14, 2024

Dənizdə külək enerjisindən istifadə üzrə Yol Xəritəsinin ilkin layihəsi müzakirə olunub

Energetika naziri Pərviz Şahbazov Bakıda səfərdə olan enerji üzrə baş mütəxəssis və tapşırıq qrupu rəhbəri xanım Yasemin Orucun başçılıq etdiyi Dünya Bankı missiyasını qəbul edib.

Banker.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə dənizdə külək enerjisindən istifadə üzrə Yol Xəritəsinin ilkin layihəsinin təqdimatı keçirilib, layihəyə dair müzakirələr aparılıb. Xəzər dənizinin Azərbaycan akvatoriyasında böyük külək enerjisi potensialından istifadəyə dair müxtəlif ssenarilər nəzərdən keçirilib, pilot və kommersiya layihələrinin reallaşdırıla biləcəyi konkret zonalarda inşa edilə biləcək güclərə dair fikir mübadiləsi aparılıb. Hazırlanmaqda olan yol xəritəsinin sahəyə özəl investisiyaların cəlbinə və gələcəkdə enerji ixracının artırılmasına töhfə verəcəyi vurğulanıb.

Elektrik enerjisi sahəsində liberal enerji bazarı üzrə Yol Xəritəsinin də təqdimatının keçirildiyi iclasda bazarın yaradılması mərhələləri, hər bir mərhələdə atılmalı olan addımlar, bu sahədə dünya təcrübəsi, enerji bazarına və elektrik şəbəkəsinə bərpa olunan enerjinin inteqrasiyası məsələləri haqqında məlumat verilib.

Son xəbərlər
Digər xəbərlər