Dənizkənarı Bulvar İdarəsi PHŞ 2023-cü ili 2 milyon 613 min manat mənfəətlə başa vurub. 2022-ci ildə qurumun mənfəəti 102 min manat olub ki, bu da illik müqayisədə 26 dəfə artım deməkdir.
Banker.az bu barədə DBİ-nin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il Dənizkənarı Bulvar İdarəsinin cəmi gəlirləri 19 milyon 712 min manat (əvvəlki ilə nisbətən 1.6% artım), cəmi xərcləri isə 17 milyon 96 min manat (11.4% az) təşkil edir.
Dənizkənarı Bulvar İdarəsi PHŞ-nin cəmi aktivləri 359 milyon manatdan 374 milyon manata, cəmi öhdəlikləri 14 milyon 655 min manatdan 24 milyon 42 min manata, cəmi kapitalı 345 milyon manatdan 350 milyon manata çatıb.