Dənizkənarı Bulvar İdarəsi PHŞ 2024-cü ili 3 milyon 209 min manat mənfəətlə başa vurub. 2023-cü ildə qurumun mənfəəti 2 milyon 613 min manat olub ki, bu da illik müqayisədə 23% artım deməkdir.
Banker.az bu barədə DBİ-nin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il Dənizkənarı Bulvar İdarəsinin əsas əməliyyat gəlirləri 5 milyon 715 min manat (əvvəlki ilə nisbətən 3.4 dəfə az) təşkil edir.
Dənizkənarı Bulvar İdarəsi PHŞ-nin cəmi aktivləri 373 milyon 596 min manatdan 214 milyon 835 min manata, cəmi kapitalı 349 milyon 554 min manatdan 190 milyon 557 min manata düşüb, cəmi öhdəlikləri 24 milyon 42 min manatdan 24 milyon 277 min manata çatıb.
Xatırladaq ki, Dənizkənarı Bulvarın təbii landşaftının bərpası, onun tarixi simasının saxlanılması, ərazinin zəngin florasının inkişaf etdirilməsi, bulvarın mühafizə olunması, burada sosial-mədəni tədbirlərin həyata keçirilməsi məsələlərinin həllini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il yanvarın 10-da Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında Fərman imzalayıb.