6 C
Baku
Saturday, December 14, 2024

Dənizkənarı Bulvar İdarəsi dörd ildən sonra ilk dəfə xalis mənfəətə çıxıb

Dənizkənarı Bulvar İdarəsi 2022-ci ili xalis mənfəət əldə edib, bu da, 2019-cu ildən bu tərəfə təqdim etdiyi hesabatlarda ilk hadisədir.

Banker.az xəbər verir ki, İdarə ötən ili 19 mln. 398 min manat əsas əməliyyat gəlirlər əldə etməklə 2021-ci ili 41 faiz üstələyib.

Dövlət qurumunun işçilərə çəkdiyi xərcin həcmi cüzi artaraq 11 mln. 324 min manat, amortizasiya xərcləri 2 mln. 138 min manat (2021: 5 mln. 451 min manat), inzibati və s. xərcləri 5 mln. 837 min manat ( 2 mln. 645 min manat) olub. Bununla da cəmi xərcləri 2022-ci ildə 19 mln. manat 300 min manata çatıb. 2021-ci ildə idarənin cəmi xərcləri 19 345 min manat idi.

Beləliklə, 2022-ci ili 102 min manata yaxın xalis mənfəət əldə edib. 2021-ci ildə İdarə 5 mln. 514 min manat həcmində zərər etmişdi.

2019 və 2020-ci illərdə isə Dənizkənarı Bulvar İdarəsi müvafiq olaraq 8 mln. 874 min manat və 7 mln. 447 min manat zərər etmişdi.

1 yanvar 2023-cü il tarixində balansında yığılmış zərər 28 mln. 633 min manat təşkil edib.

2131232131312

Son xəbərlər
Digər xəbərlər