7 C
Baku
Thursday, December 12, 2024

Dərc olunmamış kitablar

Günlərin bir günü mühazirədə müəllim tələbələrə müraciət edərək deyir:

–  Hərbi sursatlara, hərbinin müasirləşdirilməsinə sərf olunan xərclərin kiçik bir qismi bəşəriyyətin bütün material problemlərini həll etməyə yetər.

Mühazirədən sonra tələbələr müəllimə yaxınlaşaraq deyirlər:

– Bəs nəyə görə insanlar bunu başa düşməyəcək qədər axmaqdırlar?

– Çünki onlar dərc olunmuş kitabları oxumağa öyrəşiblər, dərc olunmamış kitablar haqqında isə tamamilə unudublar – deyə müəllim cavab verir.

Tələbələrdən biri:

– Bəs dərc olunmamış kitablara hansı kitablar aiddir?

Lakin müəllim cavab vermir.

Bir müddətdən sonra tələbələrin təkidinə tab gətirməyən müəllim onların sualını cavablandırır:

– Quşların oxuması, heyvanların səsləri Həqiqət haqqında bəhs edirlər. Otlar və güllər bizə yol göstərirlər. Bunları oxumaq lazımdır!

Son xəbərlər
Digər xəbərlər