“Əczaçılıq sektorunun inkişafı ilə əlaqədar Nazirlər Kabinetinin yaratdığı komissiya var”.
Bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.
Nazir müavini bildirib ki, bu komissiya artıq işçi formada layihə hazırlayıb və hökumətə təqdim edib: “Bu layihə dərmanların dövlət qeydiyyatına alınması ilə bağlıdır. Burada əvvəlki yanaşmadan fərqli olaraq, kifayət qədər ciddi irəliləyişlər var. Ümid edirik ki, bu, yaxın gələcəkdə qəbul olunacaq”.