Müxtəlif apteklərdə dərmanlar fərqli qiymətlərə satılır. Bəs dərmanların qiyməti necə müəyyən olunur?
Banker.az xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi məlumat verib.
Dərman vasitələri haqqında Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənir. Həmin dərman vasitələrinin qiymətinin tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması qadağandır.
Dövlət qeydiyyatına alınmış dərmanların tənzimlənmiş qiymətləri barədə məlumatlar tarif şurasının rəsmi internet saytında yerləşdirilib. İstehlakçılar aldıqları dərman vasitələrinin qiymətlərini həmin məlumatlarla müqayisə edə bilərlər. Əgər qiymətlərdə hər hansı fərq aşkar olunarsa, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər.