13 C
Baku
Saturday, November 16, 2024

Dərmanların qiymətləri ucuzlaşdı – RƏSMİ

Qərar quvvəyə mindi.

Bu gündən etibarən Tariş Şurasının 25 təsiredici maddə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) üzrə 1057 dərman vasitəsinin təsdiq edilmiş qiymətlər quvvəyə mindi.

Oxu.Az xəbər verir ki, bunun nəticəsində satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılmış, bütövlükdə isə, həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınıb.

Böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq.

Qiymətləri təsdiq edilməyən qeyd olunan tərkibli dərman vasitələrinin satışı yalnız qiymətlər təsdiq edildikdən sonra həyata keçirilə bilər.

Tarif (qiymət) Şurasının qərarları və qiymətləri tənzimlənmiş dərman vasitələrinin siyahısı ilə Şuranın rəsmi internet səhifəsində (www.tariff.gov.az) tanış olmaq olar.

Qeyd edək ki, aptekdə hansısa adda dərman yoxdursa, alıcı hər hansı dərmanı aptekdə tapa bilmirsə, həkimlə məsləhətləşib eyni tərkibdə başqa adlı dərman preparatını ala bilər. Məlumat üçün bildirək ki, hər bir aptekdə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin qaynar xəttinin əlaqə nömrəsi mövcuddur – (012) 596 07 12. Vətəndaşlar həmin nömrəyə zəng vurub, eyni tərkibdə başqa adlı dərman preparatını öyrənə bilərlər.

Dərman vasitələrinin mövcud və Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərinin müqayisəli cədvəli ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

http://economy.gov.az/images/pdf/Muqayise.pdf

Son xəbərlər
Digər xəbərlər