19 C
Baku
Sunday, May 19, 2024

Dərmanlarla bağlı yeni sənəd hökumətə təqdim olunub

Azərbaycanda əczaçılıq sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədilə hazırlanan sənədlər toplusu hökumətə təqdim olunub.

Bunu səhiyyə naziri Teymur Musayev Səhiyyə Nazirliyinin hesabat iclasında deyib.

“Azərbaycanda əczaçılıq sektorunun dayanıqlı inkişafının təmin edilməsi Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılan Komissiyanın katibliyi Səhiyyə Nazirliyinə tapşırılıb. Sərəncamda qeyd olunan tapşırıqların icrası məqsədilə dərman vasitələrinin qeydiyyatı prosesi, sektorun rəqəmsallaşdırılması üzrə beynəlxalq təcrübə araşdırılaraq hazırlanmış sənəd toplusu aidiyyəti qurumlarla razılaşdırılaraq təsdiq üçün təqdim olunub”, – nazir qeyd edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər