9 aprel 2024-cü il tarixində “Dərnəgül Nəqliyyat Tikinti Ticarət” ASC-nin səhmdarlarının növbədənkənar ümümi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
- “Dərnəgül Nəqliyyat Tikinti Ticarət” ASC-nin İdarə heyətinə sədr seçilməsi,
- digər məsələlər.
Qeyd edək ki, 2001-ci ildə dövlət qeydiyyatına alınmış “Dərnəgül Nəqliyyat Tikinti Ticarət” ASC-nin hazırda qanunu təmsilçisi (sədri) Babayev Fayıq Təvəkkül oğludur.