Dərnəgül tikinti bazarının hara köçüləcəyi bilinmir – Sahibkar və işçilər narahatdırlar

Satıcılara köçürülmə ilə bağlı xəbərdarlıq edilib, lakin gedəcəkləri ünvan bəlli deyil.

Söhbət paytaxtın tikinti materialları ilə bağlı əsas ticarət məkanlarından biri olan Dərnəgül bazarından gedir.

Bazarda fəaliyyət göstərən sahibkarlar iş yerlərini tərk etmələri ilə bağlı xəbərdarlıqlar aldıqlarını bildirirlər. Onlar deyirlər ki, əsas sualları haraya köçürüləcəkləri haqqındadır.

Sahibkarların sözlərinə görə, onlara hazırda əllərində olan malları satmaqla bağlı problem olmadığı bildirilib. Lakin yeni məhsulların bazara gətirilməsi məsələsində vəziyyət fərqlidir.

Hazırda bazarda fəaliyyət göstərən sahibkar və işçilərin əsas gözləntisi isə məsələyə aydınlıq gətirilməsidir. Onlar bildirirlər ki, ərazini tərk etməli olduqları halda, fəaliyyətlərini harada davam etdirəcəkləri və bunun hansı şərtlərlə həyata keçiriləcəyi əvvəlcədən açıqlanmalıdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər