20 C
Baku
Saturday, September 21, 2024

“Dəvəli” şirkətinin mənfəəti bölüşdürüləcək

22 sentyabr 2024-cü il saat 11:00-da “Dəvəli” ASC-nin növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

1. “Dəvəli” ASC-nin 2023-cü maliyyə ili üzrə illik hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi və mənfəətin bölüşdürülməsi.

2. Cari məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.

Ünvan – Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, Dadaş Bünyadzadə küçəsi 212-dir.

Xatırladaq ki, Mərmər, qranit, travertin, oniks, ağlay, keramika və digər daşlardan hazırlanan tikinti üçün üzlük piltələr, heykəllər, büstlər, mozaikalar, bardürlər, dekorativ hissələr, fəvvarələr, kaminlər, pilləkənlər, sütunlar, mətbəx və vanna otaqları üçün xüsusi dizaynlar kimi məhsullar istehsal edən Dəvəli ASC 2001-ci ildən fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər