21 C
Baku
Tuesday, April 16, 2024

Dəyişmək yaxşıdır, amma sonda özünüz olaraq qalın

Dəyişiklik –bizim həyatımızın ayrılmaz bir hissəsidir. Hər gün biz daha mürəkkəb strateji qərarlar qəbul etməli oluruq. Bu qərarlar bizim həyatımızı və bizi əhatə edən dünyanı çox güclü şəkildə dəyişir. Adama elə gəlir ki, hətta Yer kürəsi özü belə getdikcə sürətlə fırlanır. Bəs həyatda və biznesdə baş verən dəyişiklikləri effektiv şəkildə necə idarə etmək olar? Məsələ ilə bağlı, dahi İshaq Adizesin reseptini diqqətinizə təqdim edirik.

Bizim dəyişən həyatımızda yalnız bir sabit şey vardır  -o da elə həyatımızdakı dəyişikliklərin mövcudluğudur. Onlar həmişə baş verib və həmişə də baş verəcək. Amma bizim yaşadığımız günlər bu sonsuz dəyişiklik dünyasına daha çox yeniliklər bəxş edir, dəyişikliklərin xarakteri əvvəlkindən daha fərqli olur. Sirr deyil ki, bəşəriyyət son yüz il ərzində daha çox texnoloji yenilik və kəşflər edib, nəinki özünün bütün mövcudluğu tarixi ərzində. Bu gün dünyada daha çox alim var, nəinki bütün ötən əslər birgə götürülmüş halda. Bu gün dəyişikliklər keçmişin istənilən bir dövrü ilə müqayisədə daha tez-tez və daha kəsərli şəkildə baş verir.

Bizim ulu babalarımız ola bilsin ki bütün həyatları boyu yalnız bir vacib strateji qərar qəbul edirdilər, bizim babalarımız isə iki-üç, valideynlərimiz isə 10 ildə ola bilsin bir qərar veriblər. Müasir insan isə, onun həyatını və ya onun rəhbərlik etdiyi müəssisənin taleyini kardinal şəkildə dəyişə biləcək qərarları orta hesabla hər iki-üç ildən bir qəbul etməli olur. Mahiyyət etibarı ilə köhnə qərarı tam reallaşdırmamış və ya bəhrəsini görməmiş təzə qərar vermək məcburiyyətində qaldığımız halların sayı da heç də az deyil.

Daha bir xəbər – bu gün dəyişikliklər sistemli xarakter daşıyır. Indi kompaniyanın elə bir fəaliyyət sahəsini dəyişmək mümkün deyil ki, o digərlərinə təsirsiz ötüşsün. Əgər bazarda dəyişiklik baş verirsə, o kompaniyanın bütün təchizat zəncirinə öz təsirini göstərir, bu həm maliyyədə, həm də personalda öz əks sədasını verir. Mövcüd gerçəkliyin şərtlərinə cavab vermək üçün bütün kompaniya dəyişilməlidir.Yalnız bir alt sistemi transformasiya etmək mümkün deyil –onda bunun çox zərərli fəsadları qaçılmazdır. Eyni zamanda qolobal hadisləri də diqqətdən kənarda qoymaq olmaz, hansı isə bir ölkədə baş verən hadisə mütləq digər regionlara və dövlətlərə də təsir edəcək.

Beləliklə bütün dünyavi sitem getdikcə daha sürətlə və sürətlə hərəkət edir, onun müxtəlif elementlərinin qarşılıqlı asılılığı getdikcə daha möhkəm və daha böyük olur, bizə reaksiya vermək üçün ayrılan vaxt isə getdikcə daha da daralır və qısalır. Bu isə yalnız bir anlama gəlir –stress.  Stressli situasiyalarda isə dəyişikliklərin effektiv idarə olunması məsələsi həyati əhəmiyyət kəsb etməyə başlayır. Yəni o, olum ya ölüm məsələsinə çevrilir.

Dəyişikliklərin idarə olunmasının iki aspekti var. Birincisini biz artıq nəzərdən keçirmişik –qərar qəbul etmək gündən-günə çətinləşir. İkincisi aspekti isə -bizim qərarların realizə olunmasıdır. Düşündüklərinizi nə dərəcədə yaxşı olub-olmamasından asılı olmayaraq həyata keçirmək, bəzən nə etmək lazım olduğunu müəyyən etməkdən də daha çətindir. Əməkdaşların peşəkarlıq səviyyəsi –həmçinin istifadə olunan texnologiyanın mürəkkəbliyi də dayanmadan artır.

İndi bizim idarə etdiyimiz müəssislərdə verilən sərəncamları sadəcə mexaniki şəkildə yerinə yetirən  və təkcə əməkhaqqı aldığına görə özünü xoşbəxt sayan «göy yaxalıqlılar»çalışmır. Biz «əlləri» deyil, «beyinləri» işə götürürük. Amma problem ondadır ki, yüksək savadlı və intellektual cəhətdən inkişaf etmiş insanlar sərbəst düşüncə qabiliyyətinə malikdir, onlar sadəcə  əmrlərə tabe olmurlar. Bu gün əməkdaşlar qərar qəbulu prosesində iştirak etmək –yəni öz əmək fəaliyyətlərini nəzarətdə saxlamaq, qəbul edilən qərara öz töhfələrini vermək və bir növ seçmək şansı istəyirlər. Idarəetmə prosesi getdikcə daha demokratik olur, bu isə öz növbəsində qəbul edilmiş qərarların gerçəkləşdirilməsi prosesini çətinləşdirir.

Beləliklə biz məhdud vaxt çərçivəsində düzgün qərar qəbul etmək və onları qüsursuz şəkildə yerinə yetirmək məcburiyyətindəyik, bir şərtlə ki ətrafdakıların da bizim qərara təsir etmək, hətta həmin qərarın gerçəkləşməsinə müqavimət göstərmək imkanı və hüququ olsun. Nəzərə alın ki, eyni zamanda sizin üzərinizə daha cəld həll olunmalı və dəqiq reaksiya tələb edən çoxlu digər problemlər düşəcək.

Bu bir başa olaraq bizim şəxsi həyatımıza təsir edir. Artıq çoxlarına aydın olub ki, mövcud həyat ritmində bizim nə yaxınlarımıza, nə dostlarımıza, nə də ailəmizə, hətta özümüzə belə ayırmağa vaxtımız qalmır. Vaxt quş kimi uçur və həyat isə bizdən yan keçir. Mahiyyət etibarı ilə biz valideynlərimiz ilə müqayisədə daha sürətlə qocalırıq. Biz hər gün özümüzə deyirik: «bu proyekti qurtarım, ondan sonra nəhayət ki, özümə, ailəmə və dostlara daha çox vaxt ayırmağa başlayacağam!»

Amma təəssüf ki, alınmayacaq. Biz bu layihəni sona çatdırmağa macal tapmamış, bizim öhdəmizə daha bir neçə belə və bundan vacib iş düşəcək –sərbəst vaxtımız isə yenə də olmayacaq. Başa düşmək lazımdır ki, bu özü-özünə alınmır. Sərbəst vaxt əldə etmək strategiyasını hazırlamaq lazımdır. Həmin vaxtı sanki dini bayam kimi qəbul etmək lazımdır. Məsələn istənilən müqəddəs kitabı götürək: istər Bibliya,Tövrat, Quran və ya başqa bir kitab. Onlardan heç biri sizə demir ki, «Cənablar, vaxt tapan kimi ibadət edin». Mömin insanların müntəzəm olaraq qeyd etdiyi Ramazan, Qurban, Şükran, Milad, Xanuku kimi bayramları olur. Elə cə də biz vaxtımızın müəyyən hissəsini məhz özümüzün şəxsi həyatı üçün, həm də ailə, yaxın və dostlar üçün ayıraraq ehtiyat saxlamalıyıq. Əks təqdirdə biz həyatımızın ən vacib amalları üçün heç zaman vaxt tapa bilməyəcəyik – çünki iş heç vaxt qurtarmır və həmişə yeni iş yaradır. 

Əgər biz dini inancı güclü olan insanlara baxsaq, görərik ki, onlar daha az stressə məruz qalırlar. Bu insanların həyatı ciddi şəkildə dini reqlament əsasında idarə edilir, onlar özlərini ilahi bir qüvvəyə həvalə edir (bu qüvvəni necə adlandırmaqdan asılı olmayaraq) və müqəddəs kitabda yazılmış təlimatlara tam riayət edərək yaşayırlar. Inancları olmayan insanlar isə bu planda daha çox çətinlik ilə üzləşir, onlar gərək öz həyat təlimatlarını özləri sərbəst hazırlasın və əməyin təşkili ilə istirahətin ayrılması məsələsinə müqəddəs kitab qaydalarında olduğu kimi ciddi əməl etsin.

Əgər biz bu qaydalara əməl etməsək nə baş verəcək? Axı bizlərdən əksəriyyəti belə bir qorxu yaşayır, bəs mənim yarışda iştirak etmədiyim müddətdə kimsə məni qabaqlasa necə? Bəs istirahət vaxtı həll edilməmiş problemlər çox fəlakətli nəticə verərsə? Bəs mən istirahət etdiyim və öz şəxsiyyətimin bütövlüyünü bərpa etdiyim müddətdə həyatdan geri qalsam necə? Bu cür qorxular normaldır, amma onlara bizim həyatımızı idarə etməyə icazə verməli deyilik. Gəlin özümüzü qızıl axtaranlar kimi təsəvvür edək. Əgər biz qızıl yataqlarının axtarışında sadəcə qazsaq və qazsaq, qazanılmış qruntun möhkəmlənməsinə sərf etməyə vaxtımız qalmayacaq. Onda boş süxur bir gün bizim üstümüzə uçacaq və bizi məhv edəcək. Heç bir kompaniya və heç bir insan fasilə etmədən normal və təhlükəsiz yaşaya bilməz. Bu fasilə əldə olunanları dərk etmək və möhkəmlətmək üçün  çox mühümdür. Biz yeni təkan üçün güc toplamalı və yalnız ondan sonra irəliyə doğru hərəkət etməliyik. Bu bütün həyat boyu belə davam edir.

Dəyişikliklər özündə bağların qırılması qorxusu, dezinteqrasiya –və bütün uğursuzluqların səbəbini daşıyır. Amma eyni zamanda dəyişikliklər bizə fürsətlər verir, eyni bir dəyişiklik bizə bir tərəfdən böyük uğur, digər tərəfdən isə böyük uğursuzluq gətirə bilər. bütün dəyişikliklərdən uğurla keçmək üçün onları şüurlu şəkildə idarə etmək lazımdır, yəni nə baş verdiyini dərk etmək və ciddi şəkildə plana riayət etməklə dezinteqrasiyaya qarşı əks tədbirlər həyata keçirmək –öz şəxsiyyətinin və ətrafının bütövlüyünü təmin etmək.

Dəyişikliklər nə qədər çox olsa və nə qədər böyük miqyaslı olsa, bizim sağlamlığa, ailəyə və ya dostlara ayıracaq bir o qədər az vaxtımız qalır. Amma bu bizim həyatımızın özülü, bizim ən dəyərli aktivlərimizdir. Ən azından onları saxlamaq və onları itirməmək üçün, biz gərək onlardan ötrü düşünülmüş şəkildə vaxt ayıraq.

Son xəbərlər
Digər xəbərlər