9 C
Baku
Thursday, December 12, 2024

Dəymiş zərəri kim müəyyən edir? (sığorta həlləri)

Sığorta münasibətlərinin başlıca mübahisələrindən biri də dəymiş zərərin kimin tərəfindən qiymətləndirilməsi ilə bağlıdır. Belə ki, əksər hallarda zərər çəkən, zərər vuran və sığortaçı tərəfindən hesablanan zərər məbləğləri arasında əhəmiyyətli fərqlər müşahidə edilir.

mi20150109100141

Bəs bunun hüquqi qaydada tənzimlənməsi necə həyata keçirilmişdir?

Mülki Məcəllənin 925.1-ci maddəsinə görə dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Məcəlləyə görə sığortaçı zərəri müxtəlif üsullarla (sxem tərtib etmək, foto çəkməklə və s) ya öz əməkdaşı, ya da müstəqil ekspert vasitəsilə həyata keçirməlidir.

midillide 254 ev ve isyerinde deprem zarari 1761 dhaphoto6

Əksər münasibətlərin araşdırılması zamanı məlum olur ki, hadisə zamanı sığortaçı dəymiş zərəri qiymətləndirsə də, bu zərər məbləği ilə bağlı zərərçəkmiş başqa fikirdə olur və narazılıq yaranır.

Belə olduğu təqdirdə də hüquqi tənzimlənmə həyata keçirilmişdir.

Belə ki, Mülki Məcəllənin 925.3-cü maddəsinə görə əgər razılıq yoxdursa, zərəri maliyyə bazarlarına nəzarət orqanı tərəfindən tərtib edilən reyestrə daxil olan müstəqil ekspert qiymətləndirməlidir.

Bu qayda daşınmaz əmlaka dəymiş zərər halında da keçərlidir.

Məlum olduğu kimi daşınmaz əmlakın, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin və avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin sığortasının icbari olması səbəbindən bu münasibətlər xüsusi qanunvericilik aktı olan “İcbari Sığortalar haqqında” qanunla tənzimlənir.

Həmin qanun da eynilə Mülki Məcəllənin mövqeyini təkrarlamaqdadır. Hətta təkrarlamazsa və Mülki Məcəllə ilə ziddiyyət təşkil etsə də, Mülki Məcəllənin hüquqi qüvvəsi daha üstün götürülür.

Adıçəkilən qanunda Mülki Məcəllədən əlavə olaraq göstərilmişdir ki, dövlət və bələdiyyə əmlakına dəymiş zərərin məcburi qiymətləndirilməsi sığortaçı tərəfindən həyata keçirilməlidir.

Bu halları öyrəndikdən sonra belə bir sual ağla gələ bilər ki, bəs sığortaçı dəymiş zərəri qiymətləndirməzsə necə olacaq?

Bu halın da olacağını nəzərə alan qanunverici “İcbari Sığortalar haqqında” qanunun 16.4-cü maddəsində qeyd etmişdir ki, əgər sığortaçı hadisə barədə məlumatlandıqdan sonra 7 iş günü müddətində qiymətləndirməni sığortaçıya qiymətləndirməyə maneə yaradılması halı istisna olmaqla, həyata keçirməzsə, zərərçəkmişin təqdim etdiyi qiymətləndirmə nəticələrini qəbul etməlidir.

Onu da xatırlatmaq yerinə düşərdi ki, avtomobillərin könüllü qaydada tam sığortası qaydalarında bu müddət 5 iş günü olaraq müəyyən edilmişdir.

Son xəbərlər
Digər xəbərlər