31 oktyabr 2024-cü il saat 16.00-da Şirvan şəhəri, Cənub Sənaye Qovşağı ünvanında “DƏZGAHQAYIRMA ZAVODU” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakılar daxildir:
1. Cəmiyyətin kreditorlar qarşısında öz öhdəliklərini yerinə yetirməsi məqsədilə aktivlərinin satılması və onların dəyərinin müəyyən edilməsi.
2. Cəmiyyətin təşkilati-hüquqi formasının dəyişərək MMC-yə çevrilməsi.
Cəmiyyət ləğv olunaraq cəmiyyətə məxsus bütün səhmlərinin dövriyyədən çıxarılması.
3. Cəmiyyətin icra orqanının rəhbərinin tutduğu vəzifədən azad olunması və onun yerinə yeni icra orqanın rəhbərinin təyin edilməsi.
4. Görülmüş və gələcəkdə görüləcək işlərlə bağlı digər məsələlərin müzakirəsi.
5. Cəmiyyətin tərkibindən yenidən təşkilin ayrılma formasında yeni hüquqi şəxsin ayrılması.
6. Cəmiyyətin müraciət edən səhmdarlara məxsus səhmlərin ləğv olunaraq cəmiyyətdən ayrılması və çıxan səhmdarlarla səhmlərə uyğun payın natura şəklində təhvil-təslim edilməsi, həmçinin təhvil-təslim aktının və razılaşma müqaviləsinin imzalanması səlahiyyətinin icra orqanının rəhbərinə həvalə edilməsi.
7. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinın 49-cu maddəsində nəzərdə tutulmuş səlahiyyətlərin cəmiyyətin icra orqanının rəhbərinə həvalə edilməsi.