-1 C
Baku
Sunday, December 15, 2024

Da Vinçi-nin gündəlik cədvəli necə idi?

Yəqin ki, artıq bir çoxumuz Leonardo da Vinçinin yuxuya necə az zaman xərcləməyi və bundan əzab çəkməməyi düşünüb tapdığını bilirik. O gün ərzində 1 saat yarım yatırdı. Bir çoxları onun məhsuldarlıq sirrinin məhz bu olduğunu yazır. Bu gün bu çox fazalı yuxu adlanır. Dahi Leonardo belə qərara gəlir ki, o yuxuya çox zaman sərf edir və buna görə də öz yuxu metodikasını yaradır.  Bu metodika ondan ibarət idi ki, o hər 4 saatdan bir 15 dəqiqə yatırdı. O belə bir ritmlə illər boyu yaşamışdı.

Bəs nəyə görə bu üsul işə yarayır? Psixoloqlar belə iddia edirlər ki, yuxudan sonra insanın iş qabiliyyəti 6-dan 10-a qədər artır! Və dahi Leonardo da Vinçi bu qaydadan ətraflı şəkildə istifadə edirdi. Digər psixoloqlar isə belə hesab edirlər ki, çox fazalı yuxu heç də hamıya eyni təsiri göstərmir. Bu səbəbdən də bunu tətbiq etməmişdən öncə aşağıdakılar barədə ətraflı məlumat toplasanız yaxşı olardı:

— yuxu təbiəti;
— relaksasiya (dincəlmək);
— sağlam qidalanma;
— sağlam həyat tərzi.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.