16 C
Baku
Monday, May 5, 2025

Da Vinçinin “Sonuncu şam yeməyi”-nin yaranma tarixi

Leonardo da Vinçi “Sonuncu şam yeməyi” freskasını yaradarkən böyük çətinliklə üzləşir. O İsa peyğəmbərin obrazında Xeyiri, İudanın obrazında isə Şəri yaratmalı idi və sonuncu ona bu şam yeməyi zamanı xəyanət etməli idi. Leonardo da Vinçi bu əsəri yaradarkən onu yarıda qoymuş və daha sonradan ona ideal model tapdıqdan sonra yenidən davam etmişdir. Məşhur rəssam bir dəfə xor çıxışında iştirak edirdi və bu zaman o xor ifaçıları arasında İsa peyğəmbər obrazına tam uyğun gələn bir gənci görür. O gənc oğlanı öz iş emalatxanasına dəvət etmiş və burada bir neçə etüd və yoxlama rəsmləri çəkmişdir.

Üç il keçir. “Sonuncu şam yeməyi” artıq bitmək üzrə idi. Lakin Leonardo hələ də İuda obrazı üçün uyğun model tapmamışdı. Kilsənin rəsmlərinə cavabdeh olan kardinal işi tezliklə bitirib təhvil vermək üçün onu tələsdirirdi.

Rəssam uzun axtarışlardan sonra çirkab içərisində boş-boş gəzən gənc, lakin vaxtından əvvəl qocalmış, üst-başı çirkli, sərxoş və səfil bir oğlanı görür. Sınaq rəsmlər üçün vaxt yox idi və Leonardo da Vinçi bu səfil gəncin birbaşa kilsəyə aparılmasını tələb etdi və onun tapşırığı yerindəcə yerinə yetirildi. O böyük çətinliklə kilsəyə gətirildi və ayaq üstə qoyuldu. O nə baş verdiyini başa düşmürdü və bununla belə dahi rəssam bu zaman kətan üzərində onun üzünün ifadə etdiyi günaha meyllik, özünə vurğunluq, qəddarlıq kimi cizgiləri yaradırdı.

Leonardo da Vinçi işini artıq bitirdikdə özünə az da olsa gələn gənc gözlərini açır və qarşısındakı rəsmə baxdıqda qorxu içərisində qışqırır:

-Mən əvvəllər bu rəsmi artıq görmüşəm!

-Nə vaxt? – deyə rəssam düşünmədən soruşur.

-Üç il əvvəl, onda hələ hər şeyimi itirməmişdim. O vaxtlar mən xorda oxuyanda, hansısa  rəssam məndən İsa-nın obrazını yaratmamışdan öncə həyatım arzular ilə zəngin idi.

Son xəbərlər
Digər xəbərlər