Şirkət borcun və dəymiş zərərin ödənilməsini tələb edir
Koreya Respublikasının “Daewoo International Corporation” şirkətinin Azərbaycan nümayəndəliyi “Evrobank” ASC-ni məhkəməyə verib.
Şirkət borcun və dəymiş zərərin ödənilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianın təmin olunmaması barədə qətnamə çıxarıb. Bundan sonra şirkət məhkəmə qərarından apellyasiya şikayəti verib.
Hazırda apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.