22 C
Baku
Wednesday, May 22, 2024

Dağ Yəhudiləri Yevda Abramovun yerinə deputatlığa yeni namizəd tapdılar

Dağ yəhudilərindən parlament seçkilərində iştirak etmək üçün Yəhudi İcmasına müraciət edənlər var.

Bu sözləri  Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri Yuri Naftaliyev söyləyib.

O qeyd edib ki, parlament seçkilərində yəhudilərin cəmi bir nəfər namizədi olacaq:

“Amma hələlik namizədin kimliyi ilə bağlı dəqiqləşmə aparmamışıq. Yəqin ki, yaxın günlərdə müzakirə aparılıb, kimin parlament seçkilərinə qatılacağına qərar verəcəyik”.

Qeyd edək ki, bundan əvvəl yəhudilərin parlamentdəki nümayəndəsi 53 saylı Quba-Qusar seçki dairəsindən deputat olan Yevda Abramov idi. Bir müddət öncə Yevda Abramov xəstəlik səbəbindən vəfat edib.

©Modern

Son xəbərlər
 ⁠
Digər xəbərlər