24 C
Baku
Friday, April 26, 2024

Dağıdıcı borcluluq hissi – Öhdəliklər insanı necə məhv edir?

Əxlaqi fəlsəfə tarixindəki ən dağıdıcı anti-konsepsiyalardan biri “borc”dur.

Anti-konsepsiya – ağlabatan konsepsiyanı dəyişdirmək və ya məhv etmək məqsədini güdən süni, əsassız və rasional izahı olmayan bir termindir. “Borc” termini çoxlarını məhv edir. O, metafiziki və psixoloji qatildir: həyata rasional baxışın əsaslarını inkar edir və insan hərəkətləri üçün tətbiq olunmaz hala gətirir.

“Borc” sözünə məna baxımdan ən yaxın  anlayış  –  “öhdəlikdir”. Onlar tez-tez sinonim olaraq istifadə olunur, baxmayaraq ki, aralarında insanların hiss etdiyi əhəmiyyətli fərq var.

The Random House Dictionary of the English Language, Unabridged Edition, 1966 lüğətində bu fərq aşağıdakı kimi təsvir olunur: “Həm borc, həm öhdəlik insanın “etməliyəm” hissi ilə əlaqəlidir”. Borc – insanın şüur, hörmət, qanun və ya hüququn təlimatlarına əsaslanaraq yerinə yetirdiyi (və ya etməkdən yayındığı) bir şeydir. Öhdəlik – insanın adət, ədəb qaydalarını və ya digər tələbləri qarşılamaq üçün etməli olduğu hərəkətdir. Buraya həm maliyyə, həm də sosial öhdəliklər daxildir. Eyni lüğətdən oxuduğumuz məlumata görə, “yaxşı icraçı” sözünün sinonimi “nəzakətli və sözəbaxan bir şəxs” anlayışıdır.

“Borc” anlayışının fanatik müdafiəçisi İmmanuel Kant sayılır. O, digər nəzəriyyəçilərdən daha irəli gedib ki, bunun fonunda digər fərziyyələr tamamilə günahsız görünür. Kanta görə, “borc” – fəzilət standartıdır. Lakin fəzilət mükafat deyil: əgər mükafat prinsipcə nəzərdə tutulmayıbsa, bu artıq fəzilət sayıla bilməz. Yeganə mənəvi motivasiya, onun fikrincə, borc naminə borcdur. Yalnız belə bir öhdəlikdən qaynaqlanan hərəkət əxlaqi hesab edilə bilər (yəni hər hansı “meyl” və şəxsi maraq olmadan həyata keçirilən hərəkət).

“Borc” ağılı məhv edir. O, düşüncə və mühakimə prosesini hərəkətdən ayıraraq, hər kəsin biliyini aşır.

“Borc” dəyərləri məhv edir. O, fərddən izah edilə bilməyən əmr naminə ən yüksək dəyərlərini qurban verməyi tələb edir və onları təhdidə çevirir, çünki zövq və istək təcrübəsi mənəvi saflığa şübhə kölgəsi salır.

“Borc” sevgini məhv edir: kim “meylinə” görə deyil, “borcluluq hissinə” görə sevilmək istəyir?

“Borc” ləyaqət hissini məhv edir: o, özünə hörmət ediləcək heç bir şey qoymur.

İş, karyera, ambisiyalar, sevgi, dostluq, zövq, xoşbəxtlik və dəyərlər deontologiya nəzəriyyəyə görə əxlaqsız sayılır. Əgər belədirsə, o zaman insan hansı standartlara uyğun olaraq seçim etməli və gündəlik həyatını istiqamətləndirməlidir?

Kantın “borcluluq” hissi uşaqlara valideynlər tərəfindən yeridilir. Onlar övladlarının bu və ya digər şeyi etməyə məcbur olduğunu hesab edirlər. Daimi olaraq əsassız, ixtiyari, ziddiyyətli və izahı olmayan “gərəklər”in təzyiqi altında böyüyən uşaq gələcəkdə şıltaqlıq və ehtiyac arasındakı fərqləri görmək qabiliyyətini itirir.

Böyüyəndə o, hər hansı bir çətin və ya xoşagəlməz tapşırığı izah edilə bilməyən cəza kimi qəbul etməyə başlayır. O, pul qazanmağı, əxlaqi və rasional olmağı özünə borc bilir.

Reallıqda və obyektivist etikada “borc” deyilən bir şey yoxdur. Yalnız “vəzifə” anlayışının – səbəbiyyət qanununun kölgəsində qalan prinsipin seçimi və tam, aydın şəkildə tanınması var.

Həyat və ölüm – insanın yeganə fundamental alternatividir. Yaşamaq – baza seçimdir. Əgər insan yaşamağı seçirsə, rasional etika ona bu seçimi realizə etmək üçün hansı hərəkətlərin lazım olduğunu izah edəcək.

Reallıq insana “etməli” olduğu şey verir, amma bütün bu əmrlər şərtidir. Əslində həqiqi zərurət formulu budur: “Etməlisən, əgər…” və “əgər” burada insanın seçimi deməkdir – “…əgər müəyyən bir hədəfə çatmaq istəyirsinizsə”. Sağ qalmaq istəyirsənsə, yemək yeməlisən. Yemək yemək istəyirsənsə, işləməlisən. Düşünmək istəyirsənsə, gerçəkliyə güvənməlisən.

Kant nəzəriyyəsinin tərəfdarı məqsədinə deyil, əxlaqi xüsusiyyətlərinə diqqət yetirir. Onun şüursuz reaksiyası günahkarlıq və qorxudur: “borcunu” yerinə yetirməmək qorxusu, zəif olmaq qorxusu, “ləyaqətsiz” olmaq qorxusu. İnsan hədəfinin dəyərini itirir və özünə inamsızlıq dalğasına qərq olur. Bir müddət belə davam edir, o qarşısına əhəmiyyətli hədəflər qoymur, çünki onları ləyaqətinə təhdid hesab edir.

Unutmayın ki, öz istəklərinizi, onların əhəmiyyətini və həyata keçirilməsinin yollarını bilmək üçün ən yüksək insani fəzilətə – rasionallığa sahib olmalısınız.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər