18 C
Baku
Tuesday, September 17, 2024

Dağıdılmış evləri və obyektləri bu iki şirkət tikəcək – 4 milyon manatlıq sifariş

Ərazi-Tikinti Planlaşdırma Mərkəzi Conco QSC və “Rabitəinşaat” ASC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, 1-ci müqavilədə Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması nəzərdə tutulur. Müqavilənin dəyəri 3 milyon manatdır.

2-ci müqavilədə Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Ağdam və Bərdə rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması nəzərdə tutulur. Bu müqavilənin məbləği isə 1 200 000 manatdır.

Son xəbərlər
Digər xəbərlər