12 C
Baku
Monday, November 25, 2024

Dağıdılmış, qəzalı vəziyyətə düşmüş evlərin tikintisi iki şirkətə sifariş olundu – 7 milyon manatlıq müqavilə

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Real-İnşaat MMC və Parlaq-N MMC ilə 7 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, 1-ci müqavilədə Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin məbləği isə 3 milyon manatdır.

2-ci müqavilədə Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə və Naftalan şəhərləri, Ağcabədi, Goranboy və Beyləqan rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 4 milyon manatdır.

Son xəbərlər
Digər xəbərlər