13 C
Baku
Sunday, April 21, 2024

Dağıstandan idxal olunmuş kartoflarda çürümə aşkarlanıb

Rusiyadan ölkəmizə idxal olunan toxumluq kartof məhsullarının partiyalarında karantin tətbiq edilən orqanizm – kartof yumrularında halqavari bakterial çürümə (Clavibacter michiganensis subsp. Sepedonicus) aşkar olunub:

1. Rusiya Federasiyasının Dağıstan Respublikası, Dərbənd rayonunda fəaliyyət göstərən K.T.Abdusalamoviçə məxsus müəssisədən “Elşadoğlu Trade” MMC tərəfindən idxal olunan 20.5 ton toxumluq kartof məhsulu;

2. Rusiya Federasiyasının Dağıstan Respublikası, Suleyman-Stalskiy rayonunda fəaliyyət göstərən S.N.Sovzıxonoviçə məxsus müəssisədən fiziki şəxs Nağıyev Səfər Ələsgər oğlu tərəfindən idxal olunan 67 ton toxumluq kartof məhsulu.

Banker.az bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Agentlikdən verilən məlumata əsasən, aşkar edilmiş hər iki faktla bağlı məhsulların məhv edilməsi, zərərsizləşdirilməsi və ya geri qaytarılmasına dair qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər