10 C
Baku
Thursday, December 12, 2024

Dağıstanın Azərbaycanla ticarət dövriyyəsi artıb

Dağıstanın Azərbaycanla və digər ölkələrlə ticarət dövriyyəsi artıb.

Bu barədə respublikanın rəhbəri Sergey Məlikov bildirib.

O, qeyd edib ki, Dağıstan Rusiyaya qarşı sanksiyalar kontekstində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri ilə ticarət-iqtisadi əlaqələri artırır.

“(Avropanın Rusiyaya qarşı – red) Sanksiya təzyiqi kontekstində İƏT ölkələri ilə ticarət əməkdaşlığının göstəricilərində artım müşahidə olunur. Onlarla ticarət 66%, o cümlədən ixracın 2.3 dəfə, idxalın isə 14% artması hesabına artıb. Eyni zamanda respublika ixracının 77%-i Azərbaycan, İran, İraq, Türkiyə, Qazaxıstan, Özbəkistan, Əfqanıstan, Birləşmiş Ərəb Əmirlikləri, Livan, İordaniyaya göndərilir”, – Məlikov bildirib.

Ümumiyyətlə, ötən il respublika 70-dən çox ölkə ilə ticarət əlaqələri həyata keçirib. Region rəhbərinin sözlərinə görə, Dağıstanın əsas ticarət tərəfdaşları Azərbaycan, İran, Belarus, Qazaxıstan, Özbəkistan, eləcə də uzaq xarici ölkələr – Türkiyə, İraq, Çindir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər