Qarabağ tarixən Azərbaycan torpağıdır.
Banker.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” kanalına müsahibəsində deyib.
Prezident köməkçisi bildirib ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı heç bir siyasi, hüquqi, tarixi əsas və sənəd yoxdur. Qarabağ tarixən Azərbaycan torpağıdır. Hüquqi baxımdan beynəlxalq aləm Qarabağı Azərbaycan torpağı hesab edir. Siyasi baxımdan bu addım ədalətli ola bilməz.