4 C
Baku
Friday, March 29, 2024

Daha 15 növdə e-arayış xidməti istifadəyə veriləcək

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) daha 15 növdə e-arayış xidmətini istifadəyə verməyi planlaşdırır.

Banker.az ƏƏSMN-ə istinadən xəbər verir ki, nazirliyin 15 növ e-arayış xidməti ildə 1 milyon 500 mindən çox şəxsin müvafiq arayışları e-qaydada əldə etməsinə imkan verir.

2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 yeni “e-arayış” xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Onlar aşağıdakılardır:

1.İş yerinə dair e-arayış xidməti
2.Əlilliyə dair e-arayış xidməti
3.Müavinətlə təmin edilmə barədə e-arayış xidməti
4.Təqaüdlə təmin edilmə barədə e-arayış xidməti
5.Pensiya ilə təmin edilmə barədə e-arayış xidməti
6.Maddi yardımla təmin edilmə barədə e-arayış xidməti
7.Şəhid vərəsələrinin birdəfəlik ödəmə alması barədə e-arayış xidməti
8.Dövlət tərəfindən avtomobillə təmin olunma barədə e-arayış xidməti
9.Dövlət tərəfindən mənzillə təminat barədə e-arayış xidməti
10.Ünvanlı dövlət sosial yardımının təyinatı barədə e-arayış xidməti
11.Ünvanlı dövlət sosial yardımının ödənişi barədə e-arayış xidməti
12.Fərdi şəxsi hesab barədə e-arayış xidməti
13.Məşğulluq altsistemindən e-arayış xidməti
14.Torpaq pay mülkiyyətçisi barədə e-arayış xidməti
15.Şəxsin fərdi uçot sistemində qeydiyyata alınması barədə e-arayış xidməti.
Bu e-arayış xidmətləri ildə 1 milyon 500 mindən çox insanın nazirliyin fəaliyyət sahələri üzrə onlara dair arayışları hansısa quruma müraciət etmədən, elektron qaydada, real vaxt rejimində rahat şəkildə əldə etməsinə imkan verir.

2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi və nazirliyin e-arayış xidmətlərinin sayının 30-a çatdırılması nəzərdə tutulur.

sosial

Son xəbərlər
Digər xəbərlər