Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) fevralın 10-dan etibarən Azərbaycanın daha 16 müəssisəsinə Rusiyaya pomidor və alma tədarük etməyə icazə verib.
Qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.
Bu günədək Azərbaycanın 226 müəssisəsindən və 1 kooperativdən pomidor, 77 müəssisədən isə Rusiyaya alma ixracına icazə verilib.