İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından daha 2 gəminin çıxışına icazə verib.
Bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.
Gəmilərin ümumi yükü 46 min tonu keçir. Onlardan biri Rotterdama raps, digəri isə Liviyaya qarğıdalı aparacaq.