6 C
Baku
Saturday, December 14, 2024

Daha 2 şirkətə Sənaye Parkında rezidentlik statusu verildi – 9 mln. manatdan çox investisiya

Daha 2 sahibkara Ağdam Sənaye Parkının rezidenti statusu verilib və rezidentlərin sayı 9-a çatıb.

Banker.az xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.

Nazir qeyd edib ki, “Agah Group” MMC metal məmulatlarının istehsalı müəssisəsi inşa edəcək, BƏƏ kapitallı “Expert Services FZE” MMAZM isə ağır texnikaya xidmət göstərilməsi ilə yanaşı,həm də istehsal fəaliyyəti ilə məşğul olacaq. İnvestisiya dəyəri 9 mln. manatdan çox olan layihələrin reallaşması ilə 60 nəfər daimi işlə təmin ediləcək.

photo 2022 05 13 11 01 26

photo 2022 05 13 11 01 26 2

 

Son xəbərlər
Digər xəbərlər