8 C
Baku
Monday, November 18, 2024

Daha 23 ölkə vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verildi

Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin Qərarına dəyişiklik edilib.

Bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, hava nəqliyyatı vasitəsilə daha 23 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.

Həmin ölkələr aşağıdakılardır:

Argentina Respublikası;

Avstraliya İttifaqı;

Braziliya Federativ Respublikası;

Bruney Darüssalam;

Cənubi Koreya Respublikası;

Çili Respublikası;

Ekvador Respublikası;

Kamboca Krallığı;

Kosta Rika Respublikası;

Kuba Respublikası;

Küveyt Dövləti;

Qazaxıstan Respublikası;

Maldiv Respublikası;

Meksika Birləşmiş Ştatları;

Mərakeş Krallığı;

Monqolustan;

Monteneqro;

Norveç Krallığı;

Oman Sultanlığı;

Panama Respublikası;

Salvador;

Uruqvay Şərq Respublikası;

Yeni Zelandiya.

Son xəbərlər
Digər xəbərlər