2 C
Baku
Sunday, December 15, 2024

Daha 3 sığorta şirkətini çətin imtahan gözləyir – Ekspert

Xəbər verdiyimiz kimi “Rəvan Sığorta”nın könüllü qaydada ləğv edilməsi ilə bağlı avqustda yığıncaq keçiriləcək. Şirkət bununla əlaqədar elan verib.

Banker.az “abc.az”a istinadən xəbər verir ki, məsələni şərh edən sığorta eksperti Xəyal Məmmədxanlı bildirib ki, “Rəvan Sığorta”nın bu aqibəti gözlənilən idi.

O bu fikrini belə əsaslandırıb: “Çünki, demək olar ki, şirkətin bütün kapitalı ana şirkətləri olan “NBC bank”da idi. Tək çıxış yolu o ola bilər ki, təsisçi əlavə kapital qoyuluşu etsin və ya kənar iştirakçı dəvət etsinlər. Lakin, biznesinin böyük bir qismi qrupdaxilindəki şirkətlərdən gəldiyinə görə, kənar sərmayəçi üçün riskli bir investisiyadır və hətta düşünürəm ki, təsisçi də belə şəraitdə əlavə kapital qoyuluşuna getməyəcək”. X. Məmmədxanlı hazırki sığorta bazarının vəziyyətinə də münasibət bildirib. O qarşıdakı vaxtlarda daha 3 şirkəti böyük imtahanların gözlədiyini açıqlayıb. “Sığorta bazarında çox çətin imtahanlardan keçəcək növbəti şirkətlər isə böyük ehtimalla “Ata Sığorta”, “Əmrah Sığorta” və “Günay Sığorta” olacaq” deyə o qeyd edib.

Son xəbərlər
Digər xəbərlər