17 C
Baku
Çərşənbə axşamı, Sentyabr 28, 2021

Daha 3 şirkət “Gilan” brendindən imtina edir – Son 9 ayda sayları 5-ə çatdı

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanın iri “Gilan Holdinqi” MMC-yə yaxın olan daha 3 şirkət bir gün içində “Gilan” brendindən imtina edib. Bununla da 2021-ci il ərzində ümumilikdə 5 şirkət rebrendinq edib.

Banker.az-ın əldə etdiyi məlumata görə, hər üç şirkətin adını dəyişərək “ABA” adını əlavə edib. Belə ki, “Gilan Cotton and Grain” MMC bundan sonra “ABA CG” MMC adı ilə, “Gilan Trading” MMC  şirkəti “ABA Trading-123” MMC və “Gilan Vineyards” MMC isə “ABA VY” MMC ilə bazarda çıxış edəcək.

“Gilan Vineyards” MMC “Agro-Azərinvest” şirkətinin törəməsidir. “Agro-Azərinvest” 2004-ci ildə Qəbələ rayonunda təsis edilib. Şirkət Qəbələ, Lənkəran, Göygöl, Samux, Tovuz və Yevlax rayonları ərazisində fransız və gürcü sortlarından olan şərab üzümləri yetişdirməklə şərab istehsal edir.

Üçdə bir ünvanda bir adamın idarəetməsinə keçir

Brenddən imtina edən hər üç şirkət 2015-ci ilin iyul-avqust aylarında “Gilan Holdinq” MMC ilə eyni ünvanda yaradılmışdır, yəni Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 206, məh.466 ünvanına qeydiyyata alınmışdılar. İndi hər üç şirkətə bir xanım şəxs Günel Qafarova Vilayət qızı rəhbərlik edəcək və qeydiyyata isə Bakı şəhəri Xətai rayonu, Babək pr., ev 8, məhəllə 1130/1133, m. 70 hüquqi ünvanında alınmışlar. Həmçinin bu şirkətlərin rəhbərləri fərqli-fərqli adamlar idi.

Bu 2021-ci ilin əvvəlində “Gilan Constraction” MMC adını dəyişməklə “Core Constraction” MMC-yə və ən əsası isə may ayında Gilan Dəri Zavodu (“Gilan Dəri” MMC) rebrendinq edərək “A.C.E Dəri” MMC-yə çevrilmişdilər. Həmin xəbərlər bağlı Banker.az-ın holdinqə sorğuları cavabsız qalmışdı.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər