10 C
Baku
Thursday, December 12, 2024

Daha 3 universitetdə “Smart tələbə kartı” tətbiq olunacaq

Azərbaycanın daha üç ali təhsil müəssisəsində “Smart tələbə kartı” tətbiq olunmasına dair ilkin razılaşma əldə olunub.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov deyib.

Onun sözlərinə görə, hazırda bir sıra banklarla layihənin icrasına dair texnoloji məqamlar müzakirə olunur: “Bu gün bu kartlar Dövlət İqtisad Universitetində tətbiq olunur. Bizim istəyimiz – bu kartlardan universitet daxilində aktiv istifadə olunmasıdır, həm turniketlərdə, həm də daxili kitabxanada. Bu kartlarda ödəniş funksiyası artıq aktivdir. Yəni əgər tələbənin kartında təqaüd varsa, o məbləği, yoxdursa, öz vəsaitini yatırıb xərcləyə bilər”.

Şöbə rəisi həmçinin əlavə edib ki, AMB-nin marağındadır ki, bu layihəyə yeni banklar da cəlb olunsun və bu məsələyə dair Təhsil Nazirliyi ilə də danışıqlar aparılıb.

“Məqsəd ondan ibarətdir ki, bu məhsulu yaratmaqla bazarda gənclərlə işləməyə, yeni xidmətlər, endirimlər tətbiq etməyə maraqlı olan aktiv banklar bu layihəyə qoşulsun. Bir sıra banklarla bu sahəni araşdırdıq. Paralel olaraq Təhsil Nazirliyi tərəfindən bu layihənin digər universitetlərdə də tətbiqinə dair çərçivə sənədi və qaydalar hazırlanır ki, onların bu yaxında təsdiq olunacağı gözlənilir”, – deyə R. Mahmudov qeyd edib.

©APA-Economics

Son xəbərlər
Digər xəbərlər