17 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Daha 30 min şəxs üçün birdəfəlik vəsait köçürüldü

Screen Shot 2021 09 02 at 14.34.20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərdən ibarət daha 30 min nəfər üçün birdəfəlik vəsaiti köçürüb.

Banker.az xəbər verir ki, kəmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.

Onlar bu mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilərsə – istənilən poçt şöbəsinə, bank göstərilərsə – həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni (190 manat) ala bilərlər.

Birdəfəlik ödəmələrin verilməsinə aprelin 9-dan başlanıb və proses hər gün davam edir.

İndiyədək birdəfəlik ödəniş edilən şəxslərin sayı 320 minə, bu kateqoriyalardan olanlara ödənilən ümumi vəsaitin məbləği isə 60 milyon 800 min manata çatıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər