Daha 30 sahibkarın Rusiyaya pomidor ixracına icazə verildi

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) qərarı ilə mayın 14-dən etibarən Azərbaycanın 30 sahibkarlıq subyekti qonşu ölkəyə pomidor ixrac edə bilər.

Məlumata görə, sözügedən qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələri əsasında qəbul edilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.