7 C
Baku
Sunday, December 15, 2024

Daha 300 xidmət icbari tibbi sığortaya aid ediləcək

“Xidmətlər Zərfində hər hansı xidmətdən yararlanmaq üçün ixtisaslı həkimdən göndəriş vərəqəsi olmalıdır”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Facebook” səhifəsində “Tibbi sığorta saatı”nda Tibbi iddialar departamentinin koordinatoru Səbinə Quliyeva deyib.

O bildirib ki, Xidmətlər Zərfinin təkmilləşdirilməsi üçün İTSDA tərəfindən işlər görülür: “Hər il İTSDA tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Bütün təklif və rəylər ilin sonunda Nazirlər Kabinetinə göndərilir. Bu il də Xidmətlər Zərfinin layihəsi hazırlanıb. 300 sayda əlavə xidmət nəzərdə tutulub, aidiyyəti qurumlara təqdim edilib və hazırda baxılma mərhələsindədir. Ümid edirik ki, Xidmətlər Zərfinə əlavə xidmətlər daxil ediləcək”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər