21 C
Baku
Sunday, June 15, 2025

Daha 36 ölkənin vətəndaşlarına ABŞ-yə giriş qadağan edilə bilər

ABŞ Prezidenti Donald Trampın administrasiyası daha 36 ölkənin vətəndaşlarına ABŞ-a girişə qadağa və ya məhdudiyyət tətbiq etməyi nəzərdən keçirir.

Bu barədə “The Washington Post” dövlət katibi Marko Rubio tərəfindən imzalanmış xidməti sənədə istinadən məlumat yayıb.

Məlumata görə, sənəddə qeyd olunan ölkələrə 60 günlük möhlət verilib. Bu müddət ərzində onlar ABŞ-ın irəli sürdüyü tələbləri yerinə yetirməsələr, həmin ölkələrin vətəndaşlarına tam və ya qismən giriş qadağası tətbiq olunacaq.

Qadağaya məruz qala biləcək ölkələr arasında 25 Afrika dövləti – o cümlədən Misir və Cibuti, Karib hövzəsi ölkələri, Sakit okean adaları və Qırğızıstan da var.

Vaşinqtonun əsas iradları arasında sənədləşmə problemləri və “geniş yayılmış dövlət korrupsiyası” kimi məsələlər yer alır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər