İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından ərzaq yüklü daha 4 gəminin çıxışına icazə verib.
Bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.
Gəmilərin ümumi yükü 64 657 tondur. Onlar Türkiyə, Livan, İspaniya və İtaliyaya günəbaxan yağı, taxıl və qarğıdalı daşıyır.