5 C
Baku
Saturday, December 14, 2024

Son bir ayda daha 4 ölkə Azərbaycanla ticarət əlaqələrinə girişib

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 117 ölkəyə məhsul ixrac olunmuş, 180 ölkədən idxal olunub.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirək ki, 2019-cu ilin yanvar-sentyabr aylarına qədər 186 dövlətlə ticarət əlaqələri var idi.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 29,4 faizini İtaliyaya, 13,8 faizini Türkiyəyə, 6,9 faizini İsrailə, 5,7 faizini Hindistana, 4,9 faizini Almaniyaya, hər biri 4,2 faiz olmaqla Çin və İspaniyaya, 3,4 faizini Rusiyaya, 3,2 faizini Fransaya, 2,9 faizini Gürcüstana, 2,8 faizini Çexiyaya, 2,3 faizini Birləşmiş Krallığa, 2,1 faizini Portuqaliyaya, 1,9 faizini Ukraynaya, 12,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.


Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,9 faiz), Türkiyəyə (20,6 faiz), İsveçrəyə (9,4 faiz), Gürcüstana (8,4 faiz), Ukraynaya (2,5 faiz), İtaliyaya (2,3 faiz), Çinə (2,2 faiz), Yunanıstana (2,2 faiz), Niderlanda (1,4 faiz), İrana (1,4 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.


Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,3 faizi Rusiya, 11,6 faizi Türkiyə, 10,6 faizi İsveçrə, 9,4 faizi Çin, 6,0 faizi ABŞ, 5,1 faizi Almaniya, hər biri 3,4 faiz olmaqla Kanada, İran və Ukrayna, 2,7 faizi İtaliya, 2,6 faizi Avstraliya, 1,9 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, 1,6 faizi Yaponiya, 20,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

Son xəbərlər
Digər xəbərlər