12 C
Baku
Sunday, October 27, 2024

Daha 4 sahibkarlıq subyekti Rusiyaya pomidor ixrac edə biləcək

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) qərarı ilə sabahdan Azərbaycanın daha 4 sahibkarlıq subyekti qonşu ölkəyə pomidor ixrac edə biləcək.

Bu barədə quruma istinadən xəbər verilir.

Məlumata görə, sözügedən qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələri əsasında qəbul edilib. İxraca icazə verilənlər “Eko Agro” MMC, eləcə də 3 fiziki şəxs – Rzayev Hüseyn Rahib oğlu, Məmmədov Kazım Məmməd oğlu və Əliyev Fuad Paşa oğludur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər