27 C
Baku
Saturday, July 27, 2024

Daha 4 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 4 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.

Banker.az xəbər verir ki, VATT” MMC-nin telefonlar üçün şarj cihazlarının mobil tətbiq vasitəsilə icarəsi üçün “Powerbank rental” layihəsi, “ALT SERVİCE” MMC-nin fasiləsiz elektrik enerjisi üçün “Ağıllı şəbəkə cihazı”, fərdi sahibkar Təbriz Zeynalovun məişət xidmətlərinin alqı-satqısı üzrə “www.cagir.az” onlayn platforması və “TECHFİN” MMC-nin bulud tipli onlayn mühasibatlıq proqramı olan “www.hesabat.az” layihəsidir.

Qeyd edək ki, “Startap” şəhadətnaməsini almış mikro və kiçik sahibkarlıq subyektləri sənədi aldıqları tarixdən müvafiq layihələrdən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunurlar.

Məlumat üçün bildirək ki, indiyədək KOBİA tərəfindən 14 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.

Son xəbərlər
Digər xəbərlər