Azərbaycanda daha 5 ali məktəb publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək.
Nazirlər Kabineti bu barədə qərar verib.
Sumqayıt Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək.