İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından ərzaq yüklü daha 6 gəminin çıxışına icazə verib.
Bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.
Gəmilərin ümumi yükü 213 243 tondur. Onlar Türkiyə, İsrail və İspaniyaya günəbaxan yağı, taxıl və qarğıdalı daşıyır.
Sentyabrın 12-nə olan məlumata görə, indiyədək Ukraynadan 122 gəmi ilə 2 721 168 ton ərzaq daşınıb.