9 C
Baku
Monday, November 18, 2024

Daha 8 ölkə Aİ-nin Rusiyaya qarşı səkkizinci sanksiyalar paketinə qoşuldu

Ukrayna da daxil olmaqla səkkiz ölkə Aİ Şurasının Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə görə oktyabrın əvvəlində qəbul edilmiş Rusiyaya qarşı səkkizinci sanksiyalar paketinin tətbiqi ilə bağlı qərarına qoşulub.

Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

“Namizəd ölkələr (Aİ-yə – red.) Şimali Makedoniya, Monteneqro, Albaniya və Ukrayna, potensial namizəd ölkə Bosniya və Herseqovina və Avropa Azad Ticarət Assosiasiyası ölkələri İslandiya, Lixtenşteyn və Norveç, Avropa İqtisadi Birliyinin üzvləri Aİ Şurasının bu qərarına qoşulub” – deyə qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər