“AtaBank” ASC təcili pul köçürmə xidmətləri çeşidini genişləndirərib. Bankdan Banker.az-a verilən xəbərə görə, bu gündən etibarən, “AtaBank” ASC -nin müştəriləri “Xəzri” sistemi üzrə pul köçürmələrini həyata keçirə bilərlər. Yenilik isə ondan ibarətdir ki, “AtaBank” ölkəmizdə Xəzri sisteminə qoşulan ilk bankdır.
Xatırladaq ki, Xəzri beynəlxalq sürətli pul köçürmə sistemi Kapital Bank tərəfindən 2007-ci ildə yaradılıb.
Bu sistem Azərbaycanda, Rusiyada, Ukraynada, Gürcüstan və Tacikistanda ümumilikdə 3500-dən artıq xidmət məntəqəsində tətbiq olunur.
Pul köçürmə xidmətlərini “AtaBank”ın 26 filial və şöbəsində həyata keçirmək mümkündür